Əhməd Davudoğlu yenidən AKP sədrliyinə namizəd olub

Əhməd  Davudoğlu yenidən AKP sədrliyinə namizəd olub
# 12 sentyabr 2015 14:16 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. Əhməd Davudoğlu yenidən AKP sədrliyinə namizəd olub.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türkiyədə 13 ildən çox iqtidarda olan Ədalət və İnkişaf Partiyasının Ankarada davam edən qurultayında partiyanın lideri və baş nazir Ə. Davudoğlu yenidən sədrliyə namizəd göstərilib.

Ə. Davutoğlunun namizədliyinin irəli sürülməsini 1280 nümayəndə dəstəkləyib. Müəyyən edilən müddətdə Ə. Davudoğlundan başqa partiya sədrliyinə namizədlər irəli sürülməyib. Nümayəndələr partiyanın Mərkəzi Qərar və İdarə Şurası (MKYK) üzvlüyünə namizədlərin siyahısını da qurultayın sədarətinə təqdim ediblər.

Prezident Ərdoğanın kürəkəni Bərat Albayrakın adının olduğu siyahıda Ərdoğana yaxın şəxslərin üstünlük təşkil etməsinə dair iddialar var. Məclisin keçmiş sədri Məhmət Əli Şahin kimi 2011-2015-ci illər arasında Məclisin spikeri olmuş Cəmil Çiçək də MKYK siyahısında yer alan namizədlər arasındadır. Başqa bir iddiaya görə, hazırda prezident Ərdoğanın baş müşaviri olan keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım qurultay ərəfəsində Mərkəzi Qərar və İcra Şurasına namizədlər siyahısında adını görməyincə, sədrliyə namizəd olacağını bildirib, ancaq Ərdoğanın müdaxiləsi ilə Yıldırımın adı MQİC siyahısına daxil ediləndən sonra keçmiş nazir sədrliyə namizədlikdən vaz keçib.

Qurultay salonunda AKP sədrliyinə və partiyanın səlahiyyətli orqanlarına seçki prosesi davam edir.

Qeyd edək ki, Ə. Davudoğlu AKP-nin 27 avqust 2014-cü ildə keçirilmiş İ fövqəladə qurultayında partiyanın sədri seçilib. Partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə prezident seçiləndən sonra Ə. Davudoğlu AKP liderliyinə gətirilib. Ə. Davudoğlunun sədrliyi müddətində ilk seçkidə AKP əvvəlki parlament seçkisi ilə müqayisədə 9% səs, habelə 13 ildən bəri təkbaşına iqtidarda olan partiya statusunu itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR