Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb
# 18 aprel 2016 08:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4% artaraq 6,8 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak məhsullarının dəyərinin 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 11,1%-i hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin yanvar-mart aylarının səviyyəsini real ifadədə 3,4% üstələyərək 6785,9 mln. manat təşkil edib. Hesabat rübündə pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 235,9 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 33,5 manat çox əmtəə alıb.

Bu ilin ilk rübündə pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 4,8% üstələyərək 3429,9 mln. manata çatıb. Ticarət dövriyyəsi 3363,5 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın dəyəri isə 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,9% çox olub. Hesabat rübündə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 119,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 116,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin yanvar-mart aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR