Poroşenko: Ukrayna BMT TŞ-də veto hüququndan sui-istifadə ilə mübarizə aparacaq

Poroşenko: Ukrayna BMT TŞ-də veto hüququndan sui-istifadə ilə mübarizə aparacaq
# 15 oktyabr 2015 23:59 (UTC +04:00)

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

“Ukrayna Təhlükəsizlik Şurasında islahatların aparılmasına və daimi üzvlərin veto hüququndan sui-istifadə hallarının qarşısının alınmasına böyük diqqət yetirəcək”, deyə Poroşenko qeyd edib.

Poroşenko digər prioritetlər arasında təşkilatın sülhməramlılıq fəaliyyətinin təkmilləşdirilməsi, terrorla mübarizə, nüvə silahından könüllü şəkildə imtina etmiş ölkələrə təhlükəsizlik zəmanətinin verilməsinin olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna (177 səslə), Misir (179), Seneqal (187), Uruqvay (185) və Yaponiya (184) 2016-2017-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR