Gədəbəydə və Lerikdə ev yanıb

Gədəbəydə və Lerikdə ev yanıb
# 29 fevral 2016 15:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Gədəbəydə və Lerikdə ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Arıqıran kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Digər yanğın hadisəsi isə Lerik rayonu, Yuxarı Veri kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m (hər mərtəbəsi 160 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 160 kv.m, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 35 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1,5 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR