Marneulidə azərbaycanlıların yaşadığı kəndə içməli su çəkilir

Marneulidə azərbaycanlıların yaşadığı kəndə içməli su çəkilir
# 13 may 2016 21:34 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Marneuli rayonundakı azərbaycanlıların kompakt yaşadığı Yuxarı Saral kəndinin küçələrində mərkəzi magistral su boru kəməri çəkilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayon bələdiyyəsinin, Şulaveri kənd ərazi vahidliyinin təşkilatçılığı və Kvemo Kartli Bölgə İnkşaf Fondunun maliyyə dəstəyi ilə ilə çəkiləcək içməli su şəbəkəsi hazır olduqdan sonra su bütün evlərə veriləcək. Magistral yolda yerləşəcək içməli su şəbəkəsi 7768 m uzunluğundadır.

Qeyd edək ki, ümumi dəyəri 185 640 lari təşkil etdiyi layihənin 5 %-i Marneulinin yerli büdcəsi ilə maliyyələşdirilib. Layihə çərçivəsində 10 yerli vətəndaş işlə təmin olunub. Sözü gedən infrastruktur layihə cari ilin aprelin 28 də başlayıb və avqust ayının 26-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR