Naxçıvan əhalisinə verilən kreditlərin həcmi 44% artıb

Naxçıvan əhalisinə verilən kreditlərin həcmi 44% artıb
# 19 oktyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 712 mln. 306 min manat həcmində investisiya yönəldilib.

APA-Economics” Naxçıvanın Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,3% çoxdur. İnvestisiya qoyuluşlarının 626 mln. 499 min manatı və ya 88%-i tikinti-quraşdırma işlərində istifadə edilib.

2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 32 563,5 min manat təşkil edib. Bu kreditlərdən 22 145,5 min manatı fərdi sahibkarlığın inkişafına, 10 418 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub.

Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 59 840,1 min manat həcmində kreditlərin verilməsi təmin edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 43,7% çoxdur.

Bu ilin oktyabrın 1-nə Naxçıvan banklarında açılmış bank hesablarının sayı 46 356-ya çatıb ki, bunun da 41 817-si və ya 90,2%-i aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 8126 bank hesabının 8072-si və ya 99,3%-i aktiv hesablar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR