Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

Azərbaycanda quraşdırılan bankomatların sayı artıb
# 17 oktyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il sentyabrın 1-nə 2 702 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, iyul ayı ilə müqayisədə 17 ədəd və ya 0,63% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 192 ədəd və ya 7,65% çoxdur.

Cari ilin sentyabrın 1-nə bankomatların 1 518-i (keçən ilə nəzərən 7,43% artımla) Bakı şəhərində, 1 194-ü (keçən ilə nəzərən 8,84% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR