Maliyyə Nazirliyi 400 mln. manatlıq istiqraz buraxır

Maliyyə Nazirliyi 400 mln. manatlıq istiqraz buraxır
# 27 yanvar 2016 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2,5 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Komitəsindən məlumat verilib.

Bundan başqa, komitə tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1,5 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatından keçib.

Beləliklə, iki emissiyanın ümumi məbləği 400 (250 + 150) mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR