Səfir: “Almaniya Minsk qrupunun insidentlərin araşdırılması mexanizimi dəstəkləyir”

Səfir: “Almaniya Minsk qrupunun insidentlərin araşdırılması mexanizimi dəstəkləyir”
# 27 yanvar 2016 11:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Minsk qrupu həmsədrlərinə dəstəyini davam etdirəcək.

APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib. O qeyd edib ki, Almaniya təmas xəttində ağır artilleriyadan istifadə nəticəsində mülki şəxslərin ölümü ilə nəticələnən gərginlikdən narahatdır.

Səfir tərəflərin aqressiv ritorikadan çəkinməli olduqlarını diqqətə çatdırıb. M. Kislerin sözlərinə görə, Almaniya Minsk qrupunun insidentlərin araşdırılması mexanizmi ilə bağlı təşəbbüsünü dəstəkləyir.

O, tərəfləri bu təklifləri öyrənməyə və müsbət cavab verməyə çağırıb: “Biz hər iki tərəfin insidentlərin araşdırılması mexanizmi ilə razılıq vermələrini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR