Gürcüstan parlamentində azərbaycanlı deputat növbəti dəfə erməni həmkarını susdurub

Gürcüstan parlamentində azərbaycanlı deputat növbəti dəfə erməni həmkarını susdurub
# 13 aprel 2016 18:31 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin iclasında Vahid Milli Hərəkat Partiyasından deputat olan azərbaycanlı deputat Azər Süleymanovla erməni həmkarı Samvel Petrosyan arasında növbəti dəfə qarşıdurma yaranıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azər Süleymanovun özü bildirib.

Onun sözlərinə görə, erməni deputat S. Petrosyan növbəti dəfə təxribata əl atıb: “Samvel Petrosyan yerindən qalxaraq parlament üzvlərinə müraciətlə bildirib ki, aprel ayında ermənilərin Osmanlı imperiyası tərəfindən öz torpaqlarında qırılması (soyqırımı) günü gəlir və nə üçün Gürcüstan parlamenti bu soyqırımı tanımır. Mən bir azərbaycanlı deputat kimi çıxış üçün söz alaraq dedim ki, siz hansı soyqırımdan danışırsınız. 100 il bundan əvvəlki qondarma soyqırımından, yoxsa 20 il bundan əvvəl Abxaziyada Baqramyan adına batalyonun həyata keçirdiyi soyqırımından. Sizin Baqramyan adına batalyonun gürcülərə etdiyi soyqırımı nəticəsində 100 minlərlə insanlar indi evlərindən qaçqın düşüb.”

A.Süleymanov ermənilər tərəfindən bir gecə ərzində Xocalıda yaşayan azərbaycanlıları qırdıqlarını və bunu həmkarının xatırlamadığını və indi Qarabağda dava getdiyi vaxtda S. Petrosyanın Gürcüstanda təxribat törətdiyini bildirib: “Sən təxribatçısan. Bura sənin üçün Ermənistan parlamenti deyil. Əgər sənin erməni problemin varsa, get Ermənistan parlamentində qaldır. Sənin bu parlamentdə yerin yoxdur və sən təxribatçı və şoumen deputatsan,” deyə A. Süleymanov parlamentdəki çıxışında deyib.

A. Süleymanovun sözlərinə görə, Gürcüstan parlamentində erməni həmkarının Gürcüstanda təxribat yaratmaq cəhdini gürcü deputatlar pisləyiblər. Deputat APA-ya açıqlamasında erməni deputata müraciətində bu sözləri də dediyini bildirib: “Sizin haqqınız yoxdur soyqırımı haqqında danışmağa və siz Azərbaycanda müharibəni başladınız. Bu gün də Gürcüstanda təxribat yaratdınız. Siz bu gün Gürcüstan dövlətinə problem yaradırsınız. Sizsiniz ruslarla birlikdə soyqırımı yaradan”, azərbaycanlı deputat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR