SOCAR-ın iki törəməsi Gürcüstana 340 mln. dollar yatırıb

SOCAR-ın iki törəməsi Gürcüstana 340 mln. dollar yatırıb
# 05 avqust 2016 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" MMC tərəfindən qonşu ölkənin bazarına 263 min 843 ton Azərbaycan mənşəli neft məhsulu idxal edilib.

"APA-Economics" xəbər verir ki, 2015-ci ildə SOCAR brendi ilə Gürcüstanda qazdoldurma və yanacaqdoldurma işlərini həyata keçirən 8 YDM açılıb.

2015-ci ildə Gürcüstana Azərbaycandan "SOCAR Georgia Gas" MMC tərəfindən 1,51 mln. ton ekvivalentində ümumi dəyəri 314,3 mln. ABŞ dolları olan təbii qaz idxal edilib ki, bu da əvvəlki dövrlərlə müqayisədə 9,2% çoxdur. Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür və ölkənin bu qəbildən olan idxal məhsulunun 74%-ni təmin edir.

"SOCAR Energy Georgia" tərəfindən 2015-ci ildə Gürcüstanda 21,8 mln. dollar məbləğində investisiya yatırımı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR