İsrail əsgəri nəzarət məntəqəsində fələstinli gənc qızı öldürüb - VİDEO

İsrail əsgəri nəzarət məntəqəsində fələstinli gənc qızı öldürüb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 11:18 (UTC +04:00)

Nəzarət məntəqəsinə yaxınlaşan 18 yaşlı Hudeyl Huşlemunu odlu silahla vurulub. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ağır yaralan fələstinli qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, fələstinli qız nəzarət məntəqəsinə yaxınlaşaraq İsrail əsgərlərindən torpaqlarından çıxmasını tələb edib. Onun İsrail əsgərlərini bıçaqla təhdid etdiyi deyilir. Bəzi məlumatlarda İsrail əsgərinin gənc qızın üzünü açmasını tələb etdiyi, qızın bu tələbə məhəl qoymadan nəzarət məntəqəsinə yaxınlaşdığı üçün vurduğu bildirilir.

Fələstin mənbələri isə Hudeylin ərazidə yeni İsrail məskənlərinin salınmasına etirazını bildirdiyini, silahsız olduğunu iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR