Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlanıb

Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlanıb
# 26 may 2016 08:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, L. Məmmədbəyli küçəsi ev 20-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1979-cu il təvəllüdlü Hamlet Avazovun evinə pəncərənin dəmir barmaqlıqlarını qıraraq girən naməlum şəxs və şəxslər mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat pul, 1 ədəd telefon və 1 ədəd videokamera oğurlayıblar.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR