MN: Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verərək geri çəkilib

MN: Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verərək geri çəkilib
# 04 mart 2016 12:41 (UTC +04:00)

Bakı - APA. Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR