Meteohəssas insanlarda narahatlıq yaranacaq - VİDEO

Meteohəssas insanlarda narahatlıq yaranacaq - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında temperatur gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 21-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda şişmək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR