UEFA “Lokomotiv”dən izahat istəyib

UEFA “Lokomotiv”dən izahat istəyib
# 17 fevral 2016 15:06 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” – “Lokomotiv” matçından sonra qonaq komandanın futbolçusu Dmitri Tarasovun geyindiyi köynək birmənalı qarşılanmayıb. Apasport.az saytı xəbər verir ki, artıq UEFA da bu məsələ ilə bağlı araşdırmalara start verib.

“Fənərbaxça”nın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra yarımmüdafiəçinin üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Ən nəzakətli prezident” sözləri yazılmış formanı nümayiş etdirməsi qitə futbol qurumunu hərəkətə gətirib. Siyasi şüarlarla bağlı məsələlərə həssas olan UEFA artıq “Lokomotiv” klubundan bununla bağlı izahat tələb edib.

Moskva klubu isə bunun oyunçunun şəxsi təşəbbüsü olduğunu bəyan edib. Ruslar başqa heç bir futbolçuda belə köynəyin olmadığını əsas gətirərək, klubun bu hadisə ilə əlaqəsinin olmadığını qeyd ediblər. Hətta “Lokomotiv” rəhbərliyi Tarasovu bu hərəkətinə görə cəzalandıracağını da vurğulayıb.

Qeyd edək ki, UEFA-nın Dmitri Tarasova 10 oyunluq cəza verməsi gözlənilir. Qitə futbol qurumu bununla bağlı qərarı martın 17-də açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR