Azərbaycan ərazisində yaşayan əcnəbiləri xaricdə törətdiyi cinayət əməlinə görə müvafiq ölkəyə təhvil verəcək

Azərbaycan ərazisində yaşayan əcnəbiləri xaricdə törətdiyi cinayət əməlinə görə müvafiq ölkəyə təhvil verəcək
# 20 aprel 2016 14:31 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunun 1-ci maddəsinə əlavələr təklif edilir.

Maddənin 1-ci bəndinə edilən əlavəyə görə, Azərbaycan ərazisində yaşayan, yaxud olan əcnəbi və vətəndaşlığı olmayan şəxs də ölkə hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi Konstitusiya, bu qanun, cinayət və cinayət-prosessual qanunvericiliyi, ölkənin digər qanunvericilik aktları və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə tənzimlənəcək.

Maddənin 2-ci bəndinə edilən əlavəyə görə isə, cinayət törətmiş Azərbaycan ərazisində yaşayan, yaxud olan əcnəbi və vətəndaşlığı olmayan şəxsin verilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə qarşılıqlı yardım prinsipinə riayət olunmaqla bu qanunun müddəaları tətbiq ediləcək.

Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR