Deputat namizəd Rüfət Quliyev 5 ildəki xarici səfərləri barədə seçicilərə hesabat verib - FOTOSESSİYA

Deputat namizəd Rüfət Quliyev 5 ildəki xarici səfərləri barədə seçicilərə hesabat verib - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2015 09:57 (UTC +04:00)

Bakı-APA. 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyev əvvəlki 2010-2015-ci illərdəki deputatlıq fəaliyyəti barədə seçicilərinə hesabat verib.

APA-nın xəbərinə görə, o, bu 5 ildəki fəaliyyəti barədə çap etdirdiyi buklet-kitabçada qısaca məlumat verib. Çoxsaxəli fəaliyyət göstərən Rüfət Quliyev uzun illərdir ki, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyası sədrinin müavini kimi də məqsədyönlü fəaliyyət göstərib.

Ötən 5 il ərzində Rüfət Quliyev Milli Məclis və Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası xəttilə 48 dəfə xarici səfərlərdə olub, Müstəqil Dövlətlər Birliyi məkanında (Ermənistan istisna olmaqla) keçirilən bütün prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edib. Eyni zamanda bu ölkələrdə keçirilən digər tədbirlərə də qatılıb. Bu səfərlər zamanı o, bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, orada təhsil alan azərbaycanlı tələbələrlə çoxsaylı görüşlər keçirib, xüsusilə Ukraynada təhsil alan tələbələrimizin bir çox problemini Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru kimi həll edib.

Xarici ölkələrdə keçirdiyi mətbuat konfranslarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətləri barədə tamaşaçı və dinləyicilərə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR