Xədicə İsmayılovanın kassasiya şikayəti icraata verilib

 Xədicə İsmayılovanın kassasiya şikayəti icraata verilib
# 23 fevral 2016 11:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti icraata verilib.

APA-nın məlumatına görə, bu barədə vəkil Yalçın İmanov sosial şəbəkədə status paylaşıb. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil.

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR