Azərbaycan hərbi gücünə görə 126 dövlət arasında 64-cüdür

Azərbaycan hərbi gücünə görə 126 dövlət arasında 64-cüdür
# 15 fevral 2016 23:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan "Global Firepower" təşkilatının hərbi güc üzrə reytinq siyahısında 126 dövlət arasında 64-cü yerdədir.

APA-nın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Türkiyə siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan isə 75-ci yerdədir.

İlk üç yerdə ABŞ, Rusiya və Çin qərarlaşıb.

Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində bir çox amil, o cümlədən hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastrukturun miqyası və nəzərə alınır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR