“Nabat” filmi “Bizim kino günləri" layihəsi çərçivəsində nümayiş olunub

“Nabat” filmi “Bizim kino günləri" layihəsi çərçivəsində nümayiş olunub
# 08 dekabr 2015 11:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Nabat” filmi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi çərçivəsində nümayiş olunub.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi layihə “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası mövzusu” ilə yekunlaşıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov layihənin məqsədi, gələcəkdə həyata keçirilməsi planlaşdırlan film çəkilişləri haqda məlumat verib.

Qeyd edib ki, “Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq” layihəsinin sonuncu-dördüncü mərhələsidir. Layihə çərçivəsində artıq “Audiovizual məkanda ailə-məişət problemləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik mövzuları” müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” filmlərinə baxış keçirilib.

“Nabat” filminin nümayişindən sonra jurnalistlərin və kino xadimlərinin iştirakı ilə müzakirə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR