ARDNF ötən ay AÇQ və "Şahdəniz" üzrə gəlirlərini açıqlayıb

ARDNF ötən ay AÇQ və "Şahdəniz" üzrə gəlirlərini açıqlayıb
# 08 aprel 2016 09:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin aprelin 1-ə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında AÇQ yataqları üzrə fond 1,137 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 40 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,146 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,483 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR