Azərbaycanda 2 gündə baş verən yol qəzalarında 5 nəfər ölüb

Azərbaycanda 2 gündə baş verən yol qəzalarında 5 nəfər ölüb
# 10 may 2016 11:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 2 gündə baş verən yol-nəqliyyat hadisələri zamanı 5 nəfər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 8-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Mayın 9-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR