"Şahdəniz"in səhmdarı maliyyə çətinliyi ilə üzləşib

"Şahdəniz"in səhmdarı maliyyə çətinliyi ilə üzləşib
# 23 sentyabr 2016 11:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyənin dövlət şirkəti olan TPAO 2014-cü ildə Fransanın "Total" şirkətindən "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki 10%-lik hissələrini aldıqdan sonra maliyyə durumunda çətinlik yaranıb.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, problemin yaranmasına səbəb nağd pul çatışmazlığı olub: "Vəsaitin bir qismini nağd, digər hissəsini isə cəlb etdiyimiz kredit hesabına ödədik".

Qeyd edək ki, TPAO "Şahdəniz" və Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri" layihələrinin hər birində 19%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR