Meksikada sərnişin avtobusu aşıb, 59 nəfər xəsarət alıb

Meksikada sərnişin avtobusu aşıb, 59 nəfər xəsarət alıb
# 18 iyul 2016 22:12 (UTC +04:00)

Bakı-APA. Meksikanın Çyapas ştatında sərnişin avtobusunun aşması nəticəsində 59 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasedicilər, tibb və yanğınsöndürən briqadaları cəlb olunub.

Yaralılar xəstəxanalara aparılıb. Onların vəziyyətlərinə dair məlumat verilmir. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR