Bakıda “KamAZ” çiyələk daşıyan iki yük maşınını vurub, xəsarət alanlar var

Bakıda “KamAZ” çiyələk daşıyan iki yük maşınını vurub, xəsarət alanlar var
# 07 may 2016 01:33 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

“KamAZ” markalı yük maşını Cəlilabaddan Bakıya satış məqsədilə çiyələk daşıyan “Ford” markalı iki yük maşınına çırpılıb. Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü xəsarət alıb, avtomobillərin yük yerindəki çiyələklər yola dağılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR