"Microsoft" 1850 işçisini ixtisar edəcək

"Microsoft" 1850 işçisini ixtisar edəcək
# 25 may 2016 14:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Microsoft" korporasiyası 1 850 işçisini ixtisar edəcək.

"APA-Economics" xəbər verir ki, korporasiya smartfon istehsalı azaltmaq niyyətindədir.

İxtisarların əksəriyyəti korporasiyanın Finlandiyadakı bölməsində çalışanlara aid olacaq.

2014-cü ildə Finlandiyanın "Nokia" şirkətini alaraq mobil telefon bazarına çıxan korporasiyanın rəhbəri Satya Nadella bildirib ki, smartfon istehsalına yönəlmiş biznesi optimallaşdıracaq və Tamperdə yerləşən elmi-tədqiqat mərkəzini bağlayacaq: "Biz "Windows 10 Mobile" platformasını inkişaf etdirəcəyik və "Lumia" smartfonlarını dəstəkləyəcəyik".

Bununla belə, şirkət rəhbəri yeni smartfonların istehsalı ilə bağlı heç nə deməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR