Gürcüstan Azərbaycana pivə ixrac edəcək

Gürcüstan Azərbaycana pivə ixrac edəcək
# 16 may 2016 11:13 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanın "Teliani Valley" pivə istehsalçısı yeni zavodun tikintisinə başlayır.

"APA-Economics" xəbər verir ki, layihəni törəmə şirkət olan "Global beer Georgia" həyata keçirəcək.

İlki hesablamalara görə, layihənin investisiya dəyəri 37 mln. dollar təşkil edir. Maliyyə vəsaitinin bir qismi beynəlxalq maliyyə institutlarından cəlb olunacaq. Zavodun tikintisinə bu ay başlanacağı gözlənilir. Şirkət zavodu dekabrda istismara verməyi planlaşdırır.

"Global beer Georgia" dünyaca məşhur pivə markalarının Gürcüstanda eksklüziv istehsalı olacaq. Bununla yanaşı, zavodda istehsal olunacaq pivələr Azərbaycan və Ermənistana ixrac olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR