Bakıda İranda qeyd olunan "Müqəddəs müdafiə həftəsi" ilə bağlı tədbir keçirilib

Bakıda İranda qeyd olunan "Müqəddəs müdafiə həftəsi" ilə bağlı tədbir keçirilib
# 20 sentyabr 2016 17:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakıda İranın "Müqəddəs müdafiə həftəsi" ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycandakı hərbi attaşesi, polkovnik Əli Seyfi bildirib ki, sabahdan İranda "Müqəddəs Müdafiə Həftəsi" başlayır.

O qeyd edib ki, İran-İraq müharibəsi ilə əlaqədar qeyd olunan bu bayram İranda müqəddəs sayılır: "Həmin dövrdə qərb ölkələrinin himayəsi ilə İraq bizə qarşı müharibəyə başladı. Lakin xalqımızın qəhrəman oğullarının səyi nəticəsində təcavüzün qarşısı alındı və düşmən məğlubiyyətə uğradıldı".

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də çıxışında İran-İraq müharibəsinin tarixinə toxunub. Səfir həmçinin Azərbaycan-İran münasibətlərindən danışaraq, iki ölkə arasında diplomatik əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Tədbirdə digər ölkələrin səfirləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR