Musiqili Teatrın direktoru İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşüb

Musiqili Teatrın direktoru İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşüb
# 27 aprel 2016 08:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi və müavini Əlirza Behbudi Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, Seyid İbrahim İbrahimi və müavini Əlirza Behbudini Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev qəbul edib.

Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

Qarşılıqlı əməkdaşlığın iki xalq arasında mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi rol oynadığı vurğulanıb, bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR