LDU-da Ermənistanın törətdiyi təxribatlara etiraz mitinqi keçirilib

LDU-da Ermənistanın törətdiyi təxribatlara etiraz mitinqi keçirilib
# 05 aprel 2016 16:05 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Dövlət Universitetində (LDU) Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara etiraz mitinqi keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, universitet Tələbə Gənclər Təşkilatının keçirdiyi mitinqdə əllərində “Azərbaycan əsgəri, biz səninlə fəxr edirik!”, “Erməni əsgəri, rədd ol Azərbaycan torpağından!”, “Torpaq uğrunda ölən varsa Vətəndir!”, “Azərbaycanın hər bir əsgəri Mübarizdir!” , “LDU tələbələri Prezidentimizin ətrafındadır!” və s. sözləri yazılmış şüarlar və Azərbaycan bayrağı tutmuş 1500-dən çox tələbə iştirak edib.

Mitinqi LDU-nin Tələbə-Gənclər Təşkilatının sədri Emin Həmidli erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejiminin mütəmadi pozduğunu və düşmən təxribatlarının intensiv xarakter daşıdığını bildirib.

Tələbələr qəbul etdikləri qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını qətiyyətlə tələb ediblər.

Tədbirin sonunda LDU-nin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov çıxış edərək belə bir tədbirin Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilməsini təqdirəlayiq hal saydığını bildirib.

Sonda tələbələr “Azərbaycan əsgəri” sözlərindən ibarət flaşmob nümayiş etdiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR