Rusiya XİN: Suriya üzrə danışıqların pozulması cəhdi qəbuledilməzdir

Rusiya XİN: Suriya üzrə danışıqların pozulması cəhdi qəbuledilməzdir
# 04 fevral 2016 01:24 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin Cenevrə danışıqlarını pozmaq cəhdi qəbuledilməzdir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qennadi Qatilov bəyan edib.

“Onların Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatları bəhanə gətirərək danışıqlar prosesini pozmaq cəhdi qəbuledilməzdir. Çünki bu ölkədə söhbət terrorizmlə mübarizədən gedir”, deyə Q.Qatilov bildirib.

Onun sözlərinə görə, ölkədə humanitar vəziyyətin ağırlaşmasına dair səslənən arqumentlər də əsassızdır.

“Cenevrə danışıqlarının dayandırılması Rusiyanın Suriyada terrorizmlə mübarizə səylərinə təsir etməyəcək”, deyə Q.Qatilov əlavə edib.

Qeyd edək ki, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura Suriya üzrə danışıqlara fasilə verildiyini, növbəti görüşün fevralın 25-də keçiriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR