Azərbaycan ordusunun şəhid olmuş əsgəri Biləsuvarda dəfn edilib

Azərbaycan ordusunun şəhid olmuş əsgəri Biləsuvarda dəfn edilib
# 04 aprel 2016 17:34 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn olunub.

APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb.

F. Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR