Qafqaz Universitetində türkologiyanın müasir problemləri müzakirə olunub

Qafqaz Universitetində türkologiyanın müasir problemləri müzakirə olunub
# 02 aprel 2016 11:23 (UTC +04:00)

Bakı - APA. Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Türkologiya şöbəsi "Türkologiyanın müasir problemləri" adlı seminar keçirib.

APA-nın məlumatına görə, Qafqaz Universitetinin rəhbərliyinin və pedoqogika fakültəsinin müəllimlərinin iştirak etdiyi seminara akademik Nizami Cəfərov da qatılıb.

Universitetin rektoru professor Ahmet Saniç seminardan öncə çıxış edərək bildirib ki, ali təhsil ocağında bu tədris ili "Elm ili" elan edilib: "Əvvəllər də çox konfranslar keçirmişik, bi ildə keçiririk. Amma bu il fərq ondan ibarətdir ki, akademik heyətimiz elmi araşdırmalara daha çox diqqət və vaxt ayırırlar. Bugünkü tədbirimizin də əsas məqsədi aparılan və aparılacaq elmi tədqiqatlarla bağlı akademik Nizami Cəfərovun tövsiyyələrini almaqdır".

Nizami Cəfərov isə çışıxında türkologiyanın tarixi, hazırkı vəziyyəti, miqyası, milli ictimai və akademik şüur tərəfindən dərk olunması haqda məruzə ilə çıxış edib. Akademik bildirib ki, bu elmə iki cür yanaşma var: "Tarixdə türklərin özləri və türkləri tanıyan xalqlar tərəfindən nə deyilibsə o türkologiyadır. Eramızadan əvvəl birinci minillikdə Çin, Yunan, İran və digər xalqların tarixi mənbələrində bu barədə məlumatlar var. Sovet Türkologiya elmi məktəblərində ideya verən mövzuların araşdırılmasına imkan verilmədiyindən bu gün o məktəblərdən mənbə kimi istifadə olunmur. O dövrdə türkologiya elmi əsasən xalqların parçalanmasına xidmət edib.Türkologiya elminin müasir problemlərindən biri də türk xalqlarının və türklərə qohum olan xalqların tarixini öz dillərində yazmasıdır. Bu baxımdan bu sahə ilə məşğul olan alimlər xüsusən Türkiyə mənbələrindən istifadə edir. Akademik Nizami Cəfərov türkologiya elmi ilə məşğul olan alimlərin araşdırmaları, bu elmə yanaşmaları haqda da geniş məlumat verərək məruzəsini davam etdirib".

Qafqaz Universitetinin dossenti Ceyhun Mahmudlu isə Nəriman Qaraxani, Anar İsgəndərov və Şamxal Əbilovla birgə apardığı "Azərbaycançılıq konseptinə empiriq baxış" adlı araşdırma haqda ətraflı məlumat verib.

Nizami Cəfərov gənc alimlərə türkologiya elminin araşdırılmalı olan türk etnosunun təşəkkülü, müasir türk xalqlarının təşəkkülü və müasir türk məkanında inteqrasiya problemləri üzrə istiqamət və tövsiyyələr verib, onların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR