Lənkəran-Lerik şosesində minik avtomobili dərəyə aşıb - YENİLƏNİB

Lənkəran-Lerik şosesində minik avtomobili dərəyə aşıb - <span style="color: red;">YENİLƏNİB
# 18 iyul 2016 22:14 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerikdə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 18-də saat 22.40 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyində qeydə alınıb.

“Fiat” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Maşındakı sərnişinləri xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Onların səyləri ilə xüsusi alət və avadanlıqlardan istifadə edilməklə avtomobilin içərisindəki sərnişinlər xilas olunublar. Onlardan biri ağır bədən xəsarətləri aldığından Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

***

23:11

Lerik. Ağəddin Babayev – APA. Lerikdə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 18-də saat 22.40 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Maşındakı sərnişinləri xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR