Göygöldə elektriki cərəyan vurub

Göygöldə elektriki cərəyan vurub
# 04 may 2016 18:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli. Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, Göygöl rayon sakini 1979-ci il təvəllüdlü Nicat Rzayev elektrik cərəyanı vurma əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə N. Rzayev Göygöl Elektrik Şəbəkəsində elektrik işləyir. Onu iş başında cərəyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR