AMEA elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib

AMEA elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib
# 05 may 2016 12:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seçkilər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Radiasiya Problemləri İnstitutu və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Yer Elmləri Bölməsi üzrə Neft və Qaz İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Zoologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Genetik Ehtiyatlar İnstitutu, İctimai Elmlər Bölməsi üzrə A.Bakıxanov adına Tarix İnstitutu, Elm Tarixi İnstitutu və Qafqazşünaslıq İnstitutu, Humanitar Elmlər Bölməsi üzrə Nəsimi adına Dilçilik İnstitutu və Memarlıq və İncəsənət İnstitutu üzrə aparılır.

AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən bir ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR