Polşa XİN: Kaçinskinin təyyarəsinin qəzaya uğraması onu aradan götürmək niyyətini reallaşdırmaqla eyni effekti verib

Polşa XİN: Kaçinskinin təyyarəsinin qəzaya uğraması onu aradan götürmək niyyətini reallaşdırmaqla eyni effekti verib
# 16 mart 2016 13:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması Polşanın o vaxtkı rəhbərliyini aradan götürmək niyyətini reallaşdırmaqla eyni effekti verdi".

APA-nın məlumatına görə, bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşşikovski yerli "TVN24" telekanalına açıqlamasında deyib. O bildirib ki, qəza Polşanın xarici siyasət kursunda radikal dəyişikliyə səbəb olub.

Bu məsələnin Rusiya ilə əlaqəsi ilə bağlı suala cavabında XİN rəhbəri qeyd edib ki, bu məsələ Rusiya tərəfi ilə qarşılıqlı fəaliyyət əsasında aparılmalı olan araşdırma tələb edir. O, Polşa tərəfinin təyyarənin qalıqlarını Rusiyadan ala bilmədiyini də söyləyib.

Qeyd edək ki, daha əvvəl Polşanın müdafiə naziri Antoni Matsereviç Polşa prezidentinin olduğu təyyarə qəzasının terror aktı olduğunu açıqlamışdı.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski və onu həyat yoldaşı, Polşanın digər vəzifəli şəxsləri də daxil olmaqla, 88 sərnişin və 8 heyət üzvünün olduğu Tu-154M təyyarəsi 2010-cu il 10 aprel tarixində Smolenskdə qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR