Şəmkir sakini mağaza qarşısında ölüb

Şəmkir sakini mağaza qarşısında ölüb
# 05 fevral 2016 14:17 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini mağaza qarşısında ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Dəllər qəsəbəsi ərazisində baş verib.

Vəfat edən şəxs qəsəbə sakini, 1958-ci il təvəllüdlü Sakit Əliyevdir. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Şəmkir rayon şöbəsinə göndərilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR