Kadırov: "Nemtsovun ölümü onun adından siyasi məqsədlərlə istifadə etmək istəyənlərə daha sərfəli olub”

Kadırov: "Nemtsovun ölümü onun adından siyasi məqsədlərlə istifadə etmək istəyənlərə daha sərfəli olub”
# 02 mart 2016 07:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Boris Nemtsovun ölümü onun adından siyasi məqsədlərlə istifadə etmək istəyənlər üçün daha sərfəli olub.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “İnterfax”a müsahibəsində Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib. "Əvvəllər bu partiya, belə demək mümkündürsə, aktivistlər heç kimin vecinə deyildi. İndi onlar baş verənlərdə hamını ittiham edirlər. Nemtsovun mənə əngəl olduğu və bizim düşmənçilik etməyimizlə bağlı absurd fikirlər səsləndirirlər”, - deyə Kadırov söyləyib. O qeyd edib ki, B. Nemtsov ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr tərəfindən öldürülə bilər.

Çeçenistan rəhbəri onu da diqqətə çatdırıb ki, B. Nemtsovun ölümündə təqsirləndirilən şəxsləri heç vaxt müdafiə etməyib: “Mən sadəcə, Zaur Dadayevin terrorçulara qarşı qorxmadan döyüşdüyünü demişəm”.

Bununla yanaşı, o, cinayətkarların tapılması üçün obyektiv istintaqın aparılmasına çağırıb.

Mümkün istefası ilə bağlı isə Çeçenistan prezidenti bildirib ki, onun taleyi hələlik Kremldə müzakirə edilməyib, lakin o, Putinin istənilən qərarına hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR