TQDK-nın regional bölmələri zal nəzarətçiləri üçün seminar-məşğələləri yekunlaşdırıb

TQDK-nın regional bölmələri zal nəzarətçiləri üçün seminar-məşğələləri yekunlaşdırıb
# 26 fevral 2016 13:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələri 2016-cı ildə keçiriləcək test imtahanlarına cəlb olunacaq zal nəzarətçiləri üçün seminar-məşğələləri yekunlaşdırıb.

TQDK-nın mətbuat xidmətindən APAya verilən xəbərə görə, qrafikə uyğun olaraq keçirilən seminar-məşğələlərdə Quba şəhəri üzrə 249, Lənkəran şəhəri üzrə 327, Xaçmaz rayonu üzrə 255, Qusar rayonu üzrə 121, Şabran rayonu üzrə 93, Şəki şəhəri üzrə 314, Zaqatala rayonu üzrə 167, Qəbələ rayonu 142, Neftçala rayonu üzrə 96, Hacıqabul rayonu üzrə 99, İmişli rayonu üzrə 169, Yevlax rayonu üzrə 165, Ağsu rayonu üzrə 93, Ucar rayonu üzrə 133, İsmayıllı rayonu üzrə 146, Şamaxı rayonu üzrə 111, Kürdəmir rayonu üzrə 157, Tovuz rayonu üzrə 229, Gədəbəy rayonu üzrə 114, Şəmkir rayonu üzrə 252, Daşkəsən rayonu üzrə 33, Ağstafa rayonu üzrə 114, Qazax rayonu üzrə 133, Göygöl rayonu üzrə 95, Goranboy rayonu üzrə 130, Samux rayonu üzrə 93, Masallı rayonu üzrə 267, Astara rayonu üzrə 150, Yardımlı rayonu üzrə 116 nəzarətçi iştirak edib.

Bildirilib ki, seminar zamanı zal nəzarətçisinin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, onların hüquq və vəzifələri, davranış qaydaları, imtahan prosesi, abituriyentlərlə işin təşkili və digər zəruri məsələlər müəllimlərin diqqətinə çatdırılıb: “Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, rayon üzrə zal nəzarətçiləri üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib”.

Qeyd olunub ki, seminar-məşğələlərdə iştirak edən müəllimlər TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar: “Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə imkan yaradacaq. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR