"Rabitəbank" "Gold" və "Platinum" kartların istifadəçilərinə pulsuz xidmətlər təqdim edir

"Rabitəbank" "Gold" və "Platinum" kartların istifadəçilərinə pulsuz xidmətlər təqdim edir
# 04 aprel 2016 13:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Müştəri məmnuniyyətini daim üstün tutan "Rabitəbank" aprelin 1-dən etibarən bütün "MasterCard Gold", "Visa Gold" və "MasterCard Platinum" kartlarını əldə edən müştərilərinə yeni kampaniya təklif edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “MasterCard Gold” və “Visa Gold” sahibləri - mobil bankçılıq və Pin-dəyişmə xidmətləri, “MasterCard Platinum” sahibləri isə - mobil bankçılıq və PIN-dəyişmə və SMS Nəzarət xidmətlərindən pulsuz faydalana bilərlər.

Kampaniya 2016-cı ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, kampaniya yalnız 1 aprel tarixindən etibarən əldə olunan kartlara şamil olunur.

Hazırda "Rabitabank" ASC-nin 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 16-sı isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcə də “Rabitəbank” Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda “Rabitəbank” 53 bankomatdan ibarət şəbəkəyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR