Azərbaycanın dövlət başçısı Niderland kralını və CAR prezidentini təbrik edib

Azərbaycanın dövlət başçısı Niderland kralını və CAR prezidentini təbrik edib
# 26 aprel 2016 16:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Niderland kral Villem-Aleksandrı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

İ. Əliyev həmçinin Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zumanı təbrik edib. Azərbaycan prezidentinin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR