Rus Dram Teatrı mövsümü “Şəhrizadın daha bir gecəsi” tamaşası ilə açıb

Rus Dram Teatrı mövsümü “Şəhrizadın daha bir gecəsi” tamaşası ilə açıb
# 19 sentyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 95-ci teatr mövsümünü “Şəhrizadın daha bir gecəsi” tamaşası ilə açıb. Teatrdan APA-ya verilən məlumata görə, “1001 gecə” nağıllarının motivləri əsasında yazılan pyesin müəllifi Valentina Reznikova, rejissoru xalq artisti İranə Tağızadədir.

Əsas rollarda əməkdar artistlər Ayan Mir-Qasımova, Firdovsi Atakişiyev, Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Yuri Omelçenko, Murad Məmmədov və başqaları çıxış edib.

Tamaşanın dekorasiyası Aleksandra Fyodrova, geyimləri Olqa Abbasova, xoreoqrafiyası Aleksandra Nikuşina, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR