Sumqayıtda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Sumqayıtda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var
# 02 may 2016 10:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda bir nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da saat 13 radələrində Sumqayıt şəhərində şəhər sakini İsmayıl Abbasovun idarə etdiyi “KamAZ” və Abşeron rayon sakini Şakir Ağayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Ağayev hadisə yerində ölüb və onun 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR