Yavər Camalov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Yavər Camalov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
# 13 noyabr 2015 09:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviçi qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri salamlayan Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Qennadiy Axramoviç səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR