Kəmaləddin Heydərov rusiyalı nazir Vladimir Puçkovu qəbul edib

Kəmaləddin Heydərov rusiyalı nazir Vladimir Puçkovu qəbul edib
# 20 sentyabr 2016 17:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, habelə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı" imzalanıb.

Sonda Azərbaycan fövqəladə hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Faiq Tağızadə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR