Həyat yoldaşını qətlə yetirib yandıran şəxsin həbs müddəti artırılıb

Həyat yoldaşını qətlə yetirib yandıran şəxsin həbs müddəti artırılıb
# 03 noyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti artırılıb.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə S. Əliyevin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, S. Əliyev həyat yoldaşı olan əmisi qızı Natəvan Əliyevanı qətlə yetirdikdən sonra yandırıb. N. Əliyevanın yanmış meyiti bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində tapılıb.

Onu da qeyd edək ki, N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR