BMT Təhlükəsizlik Şurasında Krımdakı vəziyyət müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurasında Krımdakı vəziyyət müzakirə olunacaq
# 11 avqust 2016 17:17 (UTC +04:00)

Bakı – APA. Bu gün BMT Təhlükəsizlik Şurasında Ukraynanın sorğusu əsasında Krımdakı vəziyyət müzakirə ediləcək.

APA-nın məlumatına görə, bu barədə Ukrayna missiyasının “Twitter” səhifəsində yer alan xəbərdə deyilir.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror aktlarının qarşısının alındığını bəyan edib.

“Röyters” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, toplantıda Rusiya ilə Ukrayna arasında gərginliyin artması məsələsi müzakirə olunacaq.

İclas qapalı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR