Ləğv edilmiş MTN-in emblemi dəyişikliklər edilməklə DTX-nin emblemi kimi təsdiq edilib

Ləğv edilmiş MTN-in emblemi dəyişikliklər edilməklə DTX-nin emblemi kimi təsdiq edilib
# 11 avqust 2016 16:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, MTN-in embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri, ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR